Rusiya və İran prezidentlərinin telefon danışığı olub - ednews.net

1 Dekabr, Çərşənbə

Rusiya və İran prezidentlərinin telefon danışığı olub

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

EDNews.net-in xəbərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 17-də Düşənbədə keçiriləcək sammitində İran Prezidentinin müşahidəçi qismində iştirakı nəzərə alınaraq bu təşkilat çərçivəsində işin aktual məsələləri müzakirə edilib.

Müxtəlif sahələrdə Rusiya-İran əlaqələrinin möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.

Xüsusən ticari-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə yaxşı qarşılıqlı əlaqələrin olduğu vurğulanıb.

Rusiya və İran liderləri beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə toxunublar, o cümlədən İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparıblar.

Təmasların davam etdirilməsi razılaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...