Putin üzr istədi - Səbəb COVİD-lə bağlıdır | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Putin üzr istədi - Səbəb COVİD-lə bağlıdır

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin ətrafında onlarla insanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bildirib.

EDNews.net-in xəbərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə videokonfrans vasitəsilə qatılan V. Putin nə üçün özünütəcrid rejiminə keçdiyi barədə danışıb.

“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin hələ bir neçə gün özünütəcrid rejiminə riayət edəcəyini qeyd edib.

Rusiya dövlət başçısı tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...