Yaponiya Britaniyanın 6-cı nəsil döyüş təyyarəsi layihəsinə qoşula bilər | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

Yaponiya Britaniyanın 6-cı nəsil döyüş təyyarəsi layihəsinə qoşula bilər

Dünya A- A A+

Britanyanın rəhbərlik etdiyi yeni nəsil döyüş təyyarəsi proqramının növbəti tərəfdaş ölkəsi Yaponiya ola bilər.

EDNews.net xəbər verir ki, bu barədə proqramın direktoru Conni Moreton məlumat verib.

2020-ci ildən etibarən Yaponiya proqramın elementləri ilə əməkdaşlıq edir, lakin Londonda iki ildən bir keçirilən DSEI müdafiə səgisində hərbi və sənaye rəsmiləri əlaqələrin yaxın bir neçə il ərzində daha da inkişaf edə biləcəyinə işarə edib.

İyul ayında Yaponiya hökuməti layihə üçün yeni mühərrik texnologiyaları inkişaf etdirməyi öhdələrinə götürdüklərini açıqlayıb.

“Tempset” layihəsi çərçivəsində 2030-cu illərdə istifadəyə verilməsi planlaşdırılan 6-cı nəsil döyüş təyyarəsi istehsal ediləcək. Layihədə “BAE Systems”, “Leonardo”, “Rolls-Royce”, MBDA da daxil olmaqla 300-dən artıq şirkət iştirak edir. İstehsal ediləcək təyyarələr ilk mərhələdə Britaniya, İsveç və İtaliya orduları tərəfindən istifadə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...