“Dəmir Qübbə” sistemi Ukraynaya gələn həftədən lazım ola bilər.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Rusiyanın hərbi müdaxilə təhdidi itməyib, əksinə, heç vaxt olmadığı qədər realdır. Ona görə ki, Moskva və Pekin ABŞ-ın Kabildəki uğursuzluğundan dəhşətli dərəcədə ilhamlanıb. Onlar güman edirlər ki, bu, Amerikanın dünya siyasətindən gedişi barədə ümumi siqnaldır və indi onlara hər şey üçün izn verilib. Bunu artıq Vaşinqtonda başa düşüblər. ABŞ Konqresi artıq iki gündür Blinkeni ABŞ-ın Ukrayna və Tayvanı dəstəkləyəcəyinə dair and içməsi üçün çağırır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə AŞB-ın “Dəmir Qübbə” sistemini Ukraynaya verməyi nəzərdən keçirdiyi haqqında məlumat yayılmışdı.