Fransa hökuməti Çespiks döyüşünün 240 illiyini ABŞ-la birgə qeyd etməkdən imtina edib.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.
Məlumata görə, bu qərar Avstraliyanın sualtı qayıqlarla bağlı Fransa ilə imzaladığı 90 milyardlıq layihədən imtina edib, amerikalılarla müqavilə imzalamasına cavab olaraq qəbul edilib.
Qeyd edək ki, Çesapiks savaşı Amerikanın azadlıq müharibəsində mühüm rol oynayıb. 1781-ci ildə Fransa ilə Britaniya arasında baş tutan savaşda Paris qalib gəlib.