Fransa səfirini geri çağırdı - Ağ Evdən açıqlama | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Fransa səfirini geri çağırdı - Ağ Evdən açıqlama

Dünya A- A A+

ABŞ Fransanın AUKUS müqaviləsinin elan edilməsindən sonra səfirini Vaşinqtondan geri çağırmaq qərarından təəssüfləndiyini bildirib.

EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Ev yaxın günlərdə fikir ayrılıqlarının aradan qaldırılması üçün çalışacaq.

Qeyd edək ki, Britaniya Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Skott Morrison bu həftə yeni AUKUS müdafiə və təhlükəsizlik ortaqlığı elan edərək, Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdıqlarını açıqlayıblar.

Xatırladaq ki, “Əsrin Müqaviləsi” adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sözügedən sövdələşmə “Barracuda” tipli 12 hücum sualtı qayığının istehsalını tələb edirdi. Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində atom sualtı gəmilərinin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya analoji “Naval Group” müqaviləsini tərk edib.. Bu arada Fransanın xarici işlər naziri Le Drian Avstraliyanın qərarını “arxadan vurulan zərbə” adlandırıb. O, “Naval Group” müqaviləsinə xitam verilməsinə qəzəbləndiyini deyib. Rəsmi Paris həm Avstraliyadan, həm də ABŞ-dan açıqlama gözlədiyini bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...