Yəmən BMT-yə çağırış etdi | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Yəmən BMT-yə çağırış etdi

Dünya A- A A+

Yəmən hökuməti 2018-ci ildə Husilərin Siyasi Şura rəhbəri Saleh əs-Sammadı öldürməkdə ittiham olunan doqquz nəfər haqqında çıxarılan edam qərarının dayandırılması üçün BMT və beynəlxalq aləmə çağırış edib.

EDNews.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yəməndə Husilərə məxsus SABA edam qərarını elan etməsindən sonra Yəmənin informasiya naziri Muammər əl-İryani açıqlama yayıb.

“Husilər Hudeyde şəhər sakinlərindən doqquz nəfəri qondarma ittihamlarla və formal mühakimədən sonra edam etməyə hazırlaşır.

Husilərin sözügedən şəxslər haqqındakı edam qərarı “qəsdən öldürmə” ittihamı ilə verilib və İŞİD-lə “Əl-Qaidə”nin edamlarından fərqli deyil.

Beynəlxalq ictimaiyyət və BMT-nin Yəmən üzrə Xüsusi Nümayəndəsi Hans Qrundberqi bu cinayətin törədilməsinə əngəl olmağa çağırırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...