Sentyabrın 19-da Yaponiyanın Hönşü adasının mərkəzində 5 bal gücündə zəlzələ baş verib.
EDNews.net xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Qifu prefekturasının şimalında, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Yeraltı təkanlar Qifu ilə qonşuluqda yerləşən Naqano prefekturasında da hiss olunub.