Bayden Makronla danışacaq | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Bayden Makronla danışacaq

Dünya A- A A+

Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Co Bayden tərəfindən müzakirə ediləcək.

EDNews.net xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal BFM telekanalının efirində məlumat verib.

Hökumət sözçüsü bildirib ki, Cozef Bayden vəziyyəti müzakirə etmək üçün Emmanuel Makrona müraciət edib.

Danışıqlar bir neçə gün ərzində baş tutacaq.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian isə sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...