Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.
EDNews.net “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.
Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.