Rusiyada universitetdə atışmada 6 nəfər ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - ednews.net

3 Dekabr, Cümə

Rusiyada universitetdə atışmada 6 nəfər ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Dünya A- A A+

Aparılan son dəqiqləşməyə görə, Permdə universitetdə atışma nəticəsində 6 nəfər həlak olub.

EDNews.net-in xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən hadisə nəticəsində zərər çəkmiş 24 nəfərə isə tibbi yardım göstərildiyini açıqlanıb.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi bundan əvvəl atışmada 8 nəfərin həlak olduğu barədə məlumat yaymışdı.

***

Rusiyada universitetdə atışmada yaralananların sayı dəqiqləşdirilib.

EDNews.net xəbər verir ki, Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada 19 nəfər yaralanıb.

İstintaq Komitəsindən insident nəticəsində 8 nəfərin həlak olduğu açıqlanıb.

Hadisəni tələbələrdən birinin törətdiyi bildirilir. O, saxlanılan zaman polisə müqavimət göstərib. Polis onu atəşlə yaralayaraq ələ keçirib.

Yaralılara yardım üçün Moskvadan Permə təyyarə ilə tibbi ləvazimatlar göndərilib.

***

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

EDNews.net  TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

***
 
Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

EDNews.net Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetinin ərazisində atəş səsləri eşidilib.

EDNews.net xəbər verir ki, Təcili tibbi yardım xidmətindəki mənbə bildirib ki, şəxsiyyəti hələ məlum olmayan kişi universitetin ərazisinə girərək tələbə və müəllimlərə atəş açıb, ölən və yaralananlar var.

Təhsil müəssisəsinin daxilində olan şəxslər pəncərələrdən atılaraq universitetdən çıxmağa çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...