Sabah Ermənistanda hərbi parad baş tutacaq.
EDNews.net xəbər verir ki, parad Ermənistanın müstəqilliyinin 30 illiyinə həsr olunacaq. Hərbi qaravul və orkestrın iştirak edəcəyi paradda hərbi texnikanın və silahların nümayişi gözlənilmir.
Xatırladaq ki, Ermənistan 1991-ci il sentyabrın 21-də dövlət müstəqilliyi qazanıb.