Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ -dan Dövlət Dumasına “son seçkilər zamanı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən kiberhücumlarla” bağlı izahat tələb edib.
EDNews.net xəbər verir ki, bu barədə səfirlik Facebook səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, onların təxminən yarısı ABŞ ərazisindən qeydə alınıb. "Bu cür hücumların məqsədi seçki sistemimizi gözdən salmaqdır. Bununla əlaqədar Amerika tərəfindən hərtərəfli izahat almaq istərdik”, - məlumatda deyilir.
Rusiya tərəfi ABŞ Dövlət Departamentinin son seçkilərin qeyri-şəffaf keçməsi ilə bağlı ittihamlarını əsassız adlandırıb. Məlumatda səsvermənin Rusiya qanunlarına və beynəlxalq hüquqa tam uyğun olaraq keçirildiyini və çatışmazlıqların ümumi gedişatına təsir etmədiyini vurğulayıblar. "Bu barədə insinuasiyalar qəbuledilməzdir", - səfirlik tərəfindən edilən paylaşmada deyilir.