Okeanın o tayındakı sirli hədiyyə - Diktatora Bakıda zümrüd qaşlı üzüyü kim bağışladı? - ednews.net

5 Dekabr,

Okeanın o tayındakı sirli hədiyyə - Diktatora Bakıda zümrüd qaşlı üzüyü kim bağışladı?

Dünya A- A A+

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya bura daxil deyil) sammiti keçirilib.

EDNews.net xəbər verir ki, sammitin ən qalmaqallı məqamlarından biri Venesuela diktatoru Nikolas Maduronun orada iştirakı olub. Uruqvay və Kolumbiya sammit təşkilatçılarından xahiş etmişdilər ki, Maduronun toplantıya buraxmasınlar, amma ev sahibi ölkə hər halda onu dəvət edib.

Maduro sammitdə çıxışı zamanı Avropa İttifaqına oxşar strukturun yaradılması ideyasına dəstək verib və bildirib ki, yeni təşkilatın mənzil-qərargahı Mexikoda yerləşə bilər. Lakin “Heraldo de Mexico” nəşri yazır ki, Maduro sammitdə özünü ərəb şeyxi kimi aparırdı.

“Onun barmağında iki üzük vardı: Azərbaycanda ona bağışlanmış zümrüd qaşlı üzük və ikincisi, sadəcə qızıldan olan”,-nəşr özünün “Banan respublikaları” adlı məqaləsində yazır.

Nikolas Maduro 2016-cı ilin oktyabrında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər etmişdi. Həmin sammitdə təşkilata sədrlik Azərbaycana keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...