Türkiyə Rusiya da daxil olmaqla, müxtəlif ölkələrlə yeni qaz təchizatı müqavilələri bağlamağı müzakirə edir.
EDNews.net xəbər verir ki, bunu Türkiyənin energetika nazirinin müavini Alparslan Bayraqdar deyib.
“Bu il bizim üçün çox ağır olacaq. Amma bizim Azərbaycan və Rusiya kimi tədarükçülərimizlə yaxşı münasibətlərimiz var. Rusiya və digər ölkələrlə yeni müqavilələri müzakirə edirik”, - nazir müavini bildirib.