İsrail meşələrindəki yanğın yaşayış məntəqələrinə yaxınlaşır - VİDEO - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

İsrail meşələrindəki yanğın yaşayış məntəqələrinə yaxınlaşır - VİDEO

Dünya A- A A+

İsrailin Maqhar şəhərinin cənubundakı Mansoura bölgəsində meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşır. 

EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, bölgəyə çoxlu sayda yanğınsöndürən göndərilsə də, yanğının qarşısının alınması üçün işlər hələ də davam etdirilir.

"Yanğınsöndürmə briqadaları və xilasedicilər, yanğını söndürməyə və Mansoura bölgəsindəki evlərə və hərbi bazalara yayılmasının qarşısını almağa çalışırlar", - deyə rəsmi mənbələr bildirib.  

Qeyd edək ki, indiyə qədər bölgədə heç bir təxliyyə əmrinin verilmədiyi və xəsarət alanların olmadığı deyilir. 

Yanğının səbəbi hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...