Ukraynanın ərazi bütövlüyünün qorunması olduqca vacibdir.
EDNews.net xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.
"Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması mühümdür. Krım tatarlarının hüquqlarının müdafiəsi ilə bağlı səylər gücləndirilməlidir", - deyə Ərdoğan bildirib.