Ərdoğan Soçi səfəri öncəsi Kremli məyus etdi - ednews.net

27 Oktyabr, Çərşənbə

Ərdoğan Soçi səfəri öncəsi Kremli məyus etdi

Dünya A- A A+

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi Krımın ilhaqına dair bəyanatından təəssüflənib.

EDNews.net xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sözsüz ki, bu bəyanatın ünvanı kimi biz özümüzü hesab edir, bunu belə qəbul edirik. Əlbəttə ki, bu bəyanatın indi, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfərinin hazırlandığı vaxt səslənməsindən təəssüflənirik. Bununla belə, ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkələrimiz arasında gündəlikdə duran çox qaynar regional problemlərin həllində qarşılıqlı əlaqələr mövzusuna diqqət yetirməyi üstün tuturuq. O ki qaldı Türkiyənin bu mövqeyinə, biz bunu yaxşı bilirik. Bu mövqe ilə qətiyyən razı deyilik. Türkiyə tərəfi ilə işləməyi davam etdirəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı zamanı Krımın ilhaq olunduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...