“Taliban” Heratda qadınlara və qızlara zülm edir - ednews.net

27 Oktyabr, Çərşənbə

“Taliban” Heratda qadınlara və qızlara zülm edir

Dünya A- A A+

İnsan haqları müdafiəçiləri “Taliban”ın Əfqanıstanın qərbindəki Herat şəhərində qadınlara və qızlara qarşı “genişmiqyaslı və ciddi” insan haqları pozuntularına yol verdiyini bildirir. Bu isə Kabildə idarəçiliyi ələ almış qruplaşmanın ölkə boyunca üzvlərinin hərəkətlərinə nəzarəti sarıdan ciddi narahatlıq yaradır.

“Taliban” avqustun 12-də Herata nəzarəti ələ alıb. O vaxtdan qruplaşma tanınmış qadınları axtarmaqla; qadınların evlərindən kənarda hərəkətinə icazə verməməklə; məcburi geyim kodeksi tətbiq etməklə; iş yerləri və təhsilə çıxışı və sərbəst toplaşma hüququ məhdudlaşdırmaqla qadınlar və qızlar arasında qorxu yaradıb. “Human Rights Watch” və San Xose Dövlət Universitetinin İnsan Hüquqları İnstitutu sentyabrın 23-də yaydıqları bəyanatlarında belə deyirlər.

İki təşkilat Heratda fəallar, müəllimlər və universitet tələbələri daxil olmaqla yeddi qadından müsahibə aldığını bildirir. Qadınlar təhlükəsizlikləri üçün qorxduqlarından anonimlik şərtilə danışıblar. Qadınların dediyinə görə, “Taliban” Heratı ələ keçirəndən onların həyatı “tamamilə alt-üst olub”, evə qapanıblar, ailənin kişi üzvü olmadan, yaxud geyim qadağalarına görə evlərindən çıxmağa qorxurlar.

“Müsahibə aldığımız qadınlar üçün bildikləri həyat bir gecənin içində yoxa çıxıb, evlərində gizlənərək “Taliban”ın onların dalınca gəlib-gəlməyəciyini gözləyirlər”, – Əfqanıstan üzrə tədqiqatçı Həlimə Kazım-Stoyanoviç deyib.

Sentyabrın 2-də 80-dək qadın Heratda küçələrə çıxaraq Talibanı onların hüquqlarına hörmət etməyə çağırıb. Taliban onlara müdaxilə etməyib. Ancaq beş gün sonra keçirilən oxşar yürüşdə iki kişi öldürülüb, azı səkkiz nəfər yaralanıb.

Bundan sonra silahlılar Talibanın idarə etdiyi hökumətin razılıq vermədiyi etirazları qadağan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...