Rusiya Müdafiə Nazirliyi “Zapad-2021” təlimlərində ilk dəfə istifadə edilən “Nerexta” döyüş robotları alacaq.
EDNews.net xəbər verir ki, bu barədə “İzvestiya” nəşri öz mənbələrinə istinadən yazıb.
Rusiya robotları strateji obyektlərin qorunmasında istifadə edəcək. Yeni sistem Strateji Raket Qüvvələrində uğurla sınaqdan keçirilib. İndi onların tətbiq dairəsinin genişləndirilməsinə qərar verilir.
“Zapad-2021” təlimlərində istifadə edilən robotlar 12.7 mm-lik “Kord” pulemyotu və AG-30M 30 mm avtomatik qumbaraatanı ilə təchiz edilmişdi.