Suriyada Putindən gözləntilərim çox fərqlidir - Ərdoğan | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Suriyada Putindən gözləntilərim çox fərqlidir - Ərdoğan

Dünya A- A A+

“Cənab Putindən və ümumiyyətlə, dost ölkə olaraq Rusiyadan həmrəyliyimizin tələbləri çərçivəsində fərqli gözləntilərim var”.

EDNews.net-in xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə Türkiyənin həmrəylik içində olmasının vacibliyini müzakirə edəcəyini vurğulayıb: “Bu mübarizəni cənubda birgə aparmağımız lazımdır. Hazırda göründüyü kimi, Amerika Suriya ilə münasibətilərində çox da maraqlı deyil. Bölgədə də Türkiyə, İran, Rusiya var. Bu bölgədə də bir sülh şəraiti yaratmağımızı müzakirə etməyimiz vacibdir”.

Onun sözlərinə görə, Türkiyənin ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilmə cəhdləri var: “Əgər hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdırsa, münasibətlərimizin daha da yaxşılaşması lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...