Ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər, əsasən də Zəngəzur bölgəsini... - Akopyan | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər, əsasən də Zəngəzur bölgəsini... - Akopyan

Dünya A- A A+

Bu gün Ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər. Son bir ildə artıq 110 min insan Ermənistanda yaşamaqdan imtina edib.

EDNews.net erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokunun deputatı Vahe Akopyan deyib.

“Ermənistandan mühacirət kosmik göstəricilərə çatıb. Əsasən də Zəngəzur (Sünik) bölgəsindən böyük köç başlayıb. Ermənistan hakimiyyəti kəndləri viran qoymağa davam etdiyi üçün, insanlar ümidlərini itiriblər”.

Deputat həmçinin bildirib ki, insanlar ümidsizlikdən yaşadıqları yerləri tərk edirlər. Onun sözlərinə görə, belə getsə gələcək 10 ildə Ermənistanda əhali qalmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...