Türkiyənin “Baykar Savunma” şirkəti tərəfindən hazırlanan şaquli qalxa və enə bilən “Bayraktar” PUA-sı ilk uçuş sınağını həyata keçirib.
EDNews.net xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.
2019-cu ildə ilk dəfə ictimaiyyətə təqdim olunan şaquli qalxa və enə bilən PUA-nın inkişaf fəaliyyəti “Baykar” şirkəti tərəfindən uğurla həyata keçirilib. PUA enmə/qalxma üçün dörd elektrik və uçuş üçün benzin mühərrikdən istifadə edir.
PUA-nın 2022 -ci ildə kütləvi istehsala başlayacağı gözlənilir.