"Taliban" hökumət başçısının müavini və naziri ilə görüşüb | Eurasia Diary - ednews.net

17 Oktyabr,

"Taliban" hökumət başçısının müavini və naziri ilə görüşüb

Dünya A- A A+

Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay “Taliban” hökuməti başçısının müavini Abdusselam Hənəfi, enerji və su təsərrüfatı naziri Abdullətif Mansurla görüşüb.

EDNews.net  xəbər verir ki, bu barədə “Taliban”ın Siyasi Bürosunun sözçüsü Məhəmməd Naim Vardak tviter səhifəsindəki açıqlamada bildirib.

“Biz dost və qardaş iki ölkəyik. Əlaqələrimiz dərin və qədim köklərə dayanır. Dini və mədəni əlqələrimiz var. Türkiyə ilə diplomatik əlaqələrimizi inkişaf etdirmək istəyirik Əfqanıstanın hər yerində təhlükəsizliyi təmin etdikdən sonra Türkiyə iş adamlarının Əfqanıstanda müxtəlif sahələrdə sərmayə qoymasını istəyirik”, - A.Hənəfi deyib.

Görüşlə bağlı Əfqanıstanın Energetika və Su Təsərrüfatı Nazirliyindən yayılan yazılı açıqlamada vurğulanıb ki, Abdullətif Mansurun Əfqanıstanla Türkiyə arasındakı yaxşı əlaqələrin və əməkdaşlığın davam etməsi, genişləndirilməsi qeyd edilib.

Türkiyənin Kabildəki səfirliyi tviter səhifəsində çox konstruktiv bir görüş keçirildiyini bildirib: “Türkiyə şirkətləri Əfqanıstana sərmayə qoymağa davam edəcək. Qarşıdan gələn dövrdə Əfqanıstan xalqının xeyrinə bu əməkdaşlığı artıracağımızı ümid edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...