Ermənistanın birinci prezidenti Qarabağdakı separatçı “naziri” malikanəsində qəbul etdi... - ednews.net

3 Dekabr, Cümə

Ermənistanın birinci prezidenti Qarabağdakı separatçı “naziri” malikanəsində qəbul etdi...

Dünya A- A A+
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 25 sentyabr - şənbə günü Azərbaycanın  Qarabağ torpaqlarındakı separatçı-terrorçu rejim tör-töküntülərinin “dövlət naziri” sayılan Artak Beqlaryanı qəbul edib. 
 
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki,  erməni mediasının yazdığına görə, bu barədə Ter -Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin mətbuat katibi  Arman Musinyan “Facebook” səhifəsində məlumat yayıb.
 
Qeyd olunur ki, görüş zamanı yalnız humanitar problemlər, xüsusən də məcburi köçkünlərin mənzil və işlə təmin edilməsi,  Qarabağdakı erməni sakinlərin digər sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
 
Xatırladaq ki, sentyabrın 21-də Ter-Petrosyan öz malikanəsində  separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanı qəbul etmişdi...

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...