İraq hökuməti olaraq Ərbildə bəzi tayfa nümayəndələrinin İsraillə normallaşma şüarı üçün etdiyi qeyri-qanuni toplantıları qəti şəkildə rədd edirik.
EDNews.net xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.
Sözügedən toplantıların 10 oktyabrda keçiriləcək erkən seçkilərdən əvvəl məzhəblərarası gərginliyi qızışdırmaq məqsədi daşıdığı bildirilib:
"Üstəlik normallaşma fikrini irəli sürmək hüquqi, konstitusion və siyasi baxımdan qəbuledilməzdir".