Rus akademikdən erməni politoloqa - təxribatçı... - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Rus akademikdən erməni politoloqa - təxribatçı...

Dünya A- A A+

Rusiyanın Türkiyəyə qarşı PKK terror təşkilatı ilə əməkdaşlıq etməsinin lazım olduğunu söyləyən erməni əsilli ekspert Semyon Baqdasarov rusiyalı akademik Oleq Matveyevdən sərt cavab alıb.

EDNews.net   Publika.az-a istinadla xəbər verir ki, Türkiyə ilə Rusiya arasındakı münasibətləri pozmağa çalışan erməni təxribatçısını sərt şəkildə tənqid edən O.Matveyev "Türkiyə ilə müharibə yox, sülh olmalıdır" deyib.

S.Baqdasarov Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Suriya mövzusunu müzakirə edəcəyini söyləyib. O, Türkiyənin Suriyada Osmanlı imperiyasını və keçmiş sovet coğrafiyasını yenidən qurmağa çalışdığını iddia edib. Baqdasarov qeyd edib ki, Rusiya Soçi görüşündə İdlib kimi mövzularda güzəştə getməməlidir. Türkiyənin 2015-ci ildə rus döyüş təyyarəsini vurduğunu xatırladan erməni əsilli ekspert terror təşkilatı PKK ilə iş birliyinin qurulmasına ehtiyac olduğunu bildirib.

Oleq Matveyev Baqdasarovun dediklərinə sərt reaksiya göstərərək onu provokasiya ilə məşğul olduğunu deyib:

"Burada provokasiya ilə məşğulsunuz. Təxribatçı olmayın! Rəcəb Tayyib Ərdoğanın Rusiyanı işğal etmək niyyəti yoxdur. O, Rusiyanın nə olduğunu çox yaxşı bilir. Biz Türkiyə ilə müharibə yox, sülh əldə etməliyik. Tarix boyu Qərb bizi müharibəyə təhrik edib. Bu gün buna ehtiyac yoxdur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...