Berlində seçki bülletenləri çatışmır - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Berlində seçki bülletenləri çatışmır

Dünya A- A A+

Bazar günü ( 26 sentyabr – Red) keçirilən parlament seçkiləri zamanı Almaniyanın paytaxtı Berlin şəhərindəki bir sıra seçki məntəqələrində bülleten çatışmazlığı yaranıb.

Bu barədə EDNews.net “Berliner Morgenpos”t qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, səsvermə ilə paralel olaraq keçirilən beynəlxalq marafon səbəbiylə bir çox küçələr bağlanıb və bülletenlərin məntəqələrə çatdırılması mümkünsüz olub.

"İndi bir az yüklənmişik və ümid edirik ki, 10-15 dəqiqədən sonra səsvermə davam edəcək" - deyə qəzet seçki məntəqələrindən birinin əməkdaşının sözlərindən sitat gətirib.

Bundestaq seçkilərində qalib gələn partiya hökumət qurmaq hüququna malik olacaq və kabinet uğurla qurulacağı təqdirdə partiya siyahısının lideri ona rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...