Saakaşvilinin keçmiş həyat yoldaşı danışdı - “Onun evlənməsi mənim üçün gözlənilməz oldu” - ednews.net

27 Noyabr, Şənbə

Saakaşvilinin keçmiş həyat yoldaşı danışdı - “Onun evlənməsi mənim üçün gözlənilməz oldu”

Dünya A- A A+

“Mixeil Saakaşvili siyasi məhbusdur və Gürcüstan vətəndaşı kimi onun azad edilməsi ilə bağlı tələbi tam dəstəkləyirəm”.

EDNews.net xəbər verir ki, bunu M.Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs feysbuk hesabında yazıb.

Keçmiş birinci xanım bildirib ki, dostları və tərəfdarları ondan şəxsi həyatı barədə maraqlanırlar: “Cümə günü (oktyabrın 1-də-red.) yayılan videonun məzmununun mənim üçün gözlənilməz, formasının isə qətiyyən yolverilməz olduğunu gizlətməyəcəyəm”.

S.Rulofs qeyd edib ki, şəxsi emosiyalarına baxmayaraq, sakitliyini qoruyub saxlayır: “İnanıram ki, biz bu mübarizədən qalib kimi çıxacağıq”.

Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanın keçmiş prezidenti Tbilisidə saxlanılandan sonra onun feysbuk səhifəsində ukraynalı deputat Yelizaveta Yasko ilə videosu paylaşılıb. Videoda onların ailə qurduğu bildirilib.

M.Saakaşvili 1990-cı illərin ortalarından S.Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...