Rusiya 2022-ci ildə “Uran-9” robotlarının kütləvi sınaqlarını keçirəcək - ednews.net

29 Noyabr, Bazar ertəsi

Rusiya 2022-ci ildə “Uran-9” robotlarının kütləvi sınaqlarını keçirəcək

Dünya A- A A+

Rusiya Quru Qüvvələri 2022-ci ildə “Uran-9” silahlı insansız quru platformalarının genişmiqyaslı sınaqlarını keçirəcək

EDNews.net Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin generalı Oleq Salyukov “Krasnaya Zvezda” (Qırmızı Ulduz) nəşrinə verdiyi müsahibə zamanı məlumat verib.

General Salyukov həm “Uran-9” zərbə, həm də “Nerexta” kəşfiyyat robotlarının 2022-ci il ərzində Rusiya Quru Qoşunları tərəfindən xidmətə qəbul ediləcəyini və bu sistemlərdən istifadə edərək “eksperimental hərbi xidmətin” aparılacağını bildirib.

Bu sınaqların nəticələri Rusiya Quru Qoşunlarının ehtiyaclarını ödəmək üçün alınacaq robotların optimal sayı ilə bağlı qərara təsir edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...