İran və Səudiyyə razılaşdı - əlaqələr bərpa edilir - ednews.net

5 Dekabr,

İran və Səudiyyə razılaşdı - əlaqələr bərpa edilir

Dünya A- A A+

İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər.

EDNews.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Konsulluqların işinin bərpası ilə bağlı razılıq əldə edilib. Düşünürəm ki, yaxın həftələrdə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma olacaq", - mənbə əlavə edib.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranla Ər-Riyad arasında indiyə qədər beş raund danışıqların keçirildiyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...