“Taliban”ın nümayəndə heyəti Türkiyədə səfərdədir - ednews.net

29 Noyabr, Bazar ertəsi

“Taliban”ın nümayəndə heyəti Türkiyədə səfərdədir

Dünya A- A A+

“Taliban” hərəkatının nümayəndə heyəti Ankaraya rəsmi səfər edib.

EDNews.net xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhi açıqlayıb.

Onun sözlərinə görə, nümayəndə heyətinə “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqi başçılıq edir.

Qeyd olunur ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti əsasında həyata keçirilir. 

“Nümayəndə heyəti Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparacaqlar. Münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım, miqrasiya və avianəqliyyat sahələrində əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək”, - deyə Balkhi öz tviter hesabında qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...