“Bu hakimiyyət ölkəni nəinki çıxılmaz vəziyyətə salıb, həmçinin bu çıxılmaz vəziyyətdən uçuruma, məhvə sürükləyir”
EDNews.net Ordu.az-a istinadən xəbər verir ki, İrəvan Dövlət Universitetinin müəllimi, erməni ictimai xadim Serj Srapionyan deyib.
Onun sözlərinə görə, ümidlər xalqın səbrinə bağlıdır, amma tarix göstərib ki, ən gözlənilməz yerdə də birdən-birə sönür.
Srapionyan qeyd edib ki, 2022-ci ilin əvvəllərinə qədər ermənilər dövlətçiliyi itirəcəklər.
“De-fakto dövlətimiz yoxdur”, - deyə o əlavə edib.