Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ - ednews.net

6 Dekabr, Bazar ertəsi

Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ

Dünya A- A A+

Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsi uğruna son 26 ildə yorulmadan çalışan erməni hüquq müdafiəçisi Georgi Vanyan bu gün vəfat edib.

EDNews.net xəbər verir ki, Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı.

Georgi Vanyan Ermənistandan fəaliyyət göstərən hüquq müdafiəçisi idi. O, Azərbaycana qarşı xoş fikirlərinə, Xocalıya görə Ermənistanın üzr istəməli olduğunu deməsinə və ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan əraziləri olmasını etiraf etməsinə görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.

Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir, vətən xaini adlandırırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...