Ermənistan Ədliyyə Nazirliyi bir neçə gün bundan öncə 44 günlük müharibə ilə əlaqəli olan, Ermənistan İstintaq Komitəsi tərəfindən hazırlanan “Amnistiya haqqında qanun” layihəsini hökumətə göndərib.
EDNews.net xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri Ermənistan Ədliyyə Nazirliyindən məlumat alıb.
“Çox güman ki, layihə hökumətin növbəti iclasında müzakirə olunacaq. Söhbət 44 günlük müharibədə iştirak etmiş, Cinayət Məcəlləsində nəzərdə tutulmuş hərbi xidmət qaydasına zidd cinayət törətməkdə şübhəli bilinən, ittiham edilən və ya bu cinayəti törətdiyinə görə məhkum edilmiş hərbi qulluqçulara tətbiq ediləcək amnistiyadan gedir”, - deyə nəşr qeyd edib.