İranın cənub-şərqində yerləşən Kirman vilayətində güclü zəlzələ olub.
EDNews.net xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.
Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.