ABŞ-Afina gizli anlaşması - Türkiyənin yaxınlığında... - ednews.net

3 Dekabr, Cümə

ABŞ-Afina gizli anlaşması - Türkiyənin yaxınlığında...

Dünya A- A A+

Ötən günlərdə ABŞ və Yunanıstan rəsmiləri arasında imzalanmış 5 illik müdafiə müqaviləsinin gizli detalları ortaya çıxıb.

EDNews.net Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilədə ABŞ-ın Türkiyəyə yaxın yunan adalarında hərbi bazalar yaradacağı nəzərdə tutulub.

Bildirilib ki, Amerika ordusu Egey dənizindəki adalardan birində hərbi baza yaratmağı hədəfləyir.

Hərbi bazanın qurulacağı yunan adası – Samotraki (türkcə Semadirək - red.) Türkiyənin Göyçə adasından sadəcə 7 mil uzaqlıqdadır.

Yunanıstanın Dədəağaç (yunanca Evros – red.) bölgəsinə yaxınlığı, həmçinin Çanaqqala boğazından keçəcək Rusiya gəmilərinə nəzarət imkanının olması səbəbindən bu qərarın verildiyi deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...