ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays, 2015 -ci il nüvə razılaşmasının bərpası istiqamətində İranla danışıqlarda irəliləyişin olmaması "sonsuz davam edə bilməyəcəyini" deyib.
“Bu günə qədər onlardan heç bir şəkildə təskinlik verən hərəkət görmədik", - o vurğulayıb.
EDNews.net xəbər verir ki, Dövlət Departamentinin sözçüsü onu da qeyd edib ki, diplomatiya uğursuz olarsa, ABŞ "başqa variantlardan istifadə etməyə" hazırdır.
Xatırladaq ki, İran, ABŞ və bəzi Avropa ölkələri arasında nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlar İbrahim Rəisinin 2021-ci ilin iyununda İran prezidenti seçilməsindən sonra dayanıb.