Kreml Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsinə münasibət bildirib - ednews.net

3 Dekabr, Cümə

Kreml Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsinə münasibət bildirib

Dünya A- A A+

“Rusiya BMT Nizamnaməsinə sadiqliyini qoruyub saxlayır”.

EDNews.net-in xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünyanın taleyini İkinci Dünya müharibəsinin qalibləri həll etməməlidir” bəyanatına münasibət bildirərkən deyib.

“Bu məsələ beşlik ölkələrinin konsensusundan asılıdır. Bilirsiniz ki, bəşəriyyət qarşısında duran bütün çağırışların müzakirəsi üçün Prezident Putin beşliyin çağırılması təşəbbüsü ilə çıxış edib. O ki qaldı Rusiyaya, ölkəmiz BMT-nin, qurumun Təhlükəsizlik Şurasının sadiq üzvü olaraq qalır və hər şeyin yazıldığı BMT Nizamnaməsinə bağlılığını və sadiqliyini qoruyub saxlayır”, - Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Ərdoğan Anqolaya səfəri zamanı “Bəşəriyyətin taleyi İkinci Dünya müharibəsinin “bir ovuc” qalib ölkəsinin ümidinə buraxılmamalıdır” bəyanatı ilə çıxış edib. Türkiyə lideri “Dünyanın beşdən böyük” olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...