Ermənistan ordusunda virusa yoluxanların sayı xeyli artıb.
EDNews.net AzVision.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar tanınmış ictimai fəal, jurnalist Narine Kirakosyana istinad ediblər.
- Postlarda dayanan hərbçilər arasında virusa yoluxma halları kəskin şəkildə artıb. Səhiyyə Nazirliyi, Anait Avanesyan, Qayane Saakyan, hərbçilər söyləyirlər ki, xəstəliklər xüsusən də postlarda keşiş çəkən gənclər arasında virusa yoluxma halları nəzərəçarpacaq dərəcədə artıb. Onlardan bəzilər müraciət etdilər ki, sizdən orduda niyə COVID-19 və mövsümi qrip peyvəndi aparılmadığını soruşum. Müharibə zamanı da eyni vəziyyəti müşahidə etmişdim. Sualımı açıq şəkildə ünvanlayıram ki, jurnalist dostlarım da sizin rəsmi cavabınızı görsün.
Qeyd edək ki, Ermənistan vaksinasiyanın aşağı səviyyədə olduğu nadir ölkələrdəndir.