Saakaşvilini ən azı 6 il unudun - Qaribaşvili - ednews.net

3 Dekabr, Cümə

Saakaşvilini ən azı 6 il unudun - Qaribaşvili

Dünya A- A A+

Gürcüstan hakimiyyəti Mixail Saakaşvili haqqında yerli seçkilər öncəsində çox danışdı, amma indi onun haqqında unutmaq olar, dəmir barmaqlıqlar arxasında cəzasını çəkməyinə izn vermək lazımdır.

EDNews.net xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

O, Saakaşvilinin “balansında” iki cinayət işinin olduğunu bildirib.

Qaribaşvili Saakaşvilinin cəzasını tam çəkmədən azadlığa buraxılmayacağını söyləyib:

“O məhbusdur və həbsdə minimum 6 il qalacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...