Hazırda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Taliban nümayəndə heyəti arasında Moskvada mətbuata qapalı görüş keçirilir.
EDNews.net TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Taliban nümayəndə heyətinə Əfqanıstandakı müvəqqəti hökumət başçısının müavini Əbdül Salam Hənəfi rəhbərlik edir.
Qeyd edək ki, bu, Rusiya və Taliban arasında olan üçüncü belə görüşdür.