NATO müdafiə nazirləri Rusiyanı müzakirə edəcəklər - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

NATO müdafiə nazirləri Rusiyanı müzakirə edəcəklər

Dünya A- A A+

NATO müdafiə nazirləri 21-22 oktyabr tarixlərində keçiriləcək görüşdə hipersəsli raketlər də daxil olmaqla Rusiyanın raket və nüvə potensialının imkanlarını qiymətləndirəcəklər.

EDNews.net xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO nüvə silahı olmayan dünyanın tərəfdarıdır:

“Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına sahib olduğu, lakin NATO-nun olmadığı bir dünyanın daha təhlükəsiz olacağına inanmırıq”.

O, həmçinin qeyd edib ki, ittifaq ABŞ və Rusiya arasında silahlara nəzarət müqavilələri üzrə dialoqu dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...