Saakaşvili Gürcüstana niyə təyyarə ilə qayıtmayıb? - ednews.net

29 Noyabr, Bazar ertəsi

Saakaşvili Gürcüstana niyə təyyarə ilə qayıtmayıb?

Dünya A- A A+

“Sabiq Prezident Mixail Saakaşvili Gürcüstana əvvəlcə təyyarə ilə getməyi planlaşdırırdı, lakin onun bileti ləğv olunub”.

EDNews.net xəbər verir ki, bunu Saakaşvilinin sevgilisi, ukraynalı millət vəkili Yelizaveta Yasko jurnalist Alesya Baçmana verdiyi müsahibəsində deyib.

“Onun təyyarəyə buraxılmayacağı və yaxud təyyarənin havaya qalxmayacağı ilə bağlı məlumat var idi. O, bu təyyarədə çox güman ki, uçmasına icazə verilməyəcəyini başa düşürdü. Onun bundan sonra necə qərar verdiyini deyə bilmərəm, çünki Strasburqda idim. Bilet alınmışdı, lakin daha sonradan ləğv edildi. Rezervasiya sisteminə hücumlar təşkil olunmuşdu. Onun biletinin olmaması üçün hər şey edilmişdi.

Düşünürəm ki, Saakaşvili həmin təyyarə ilə uçan insanların təhlükəsizliyini təhlükə altına atmaq istəmirdi”, - deyə ukraynalı deputat əlavə edib.

Həmçinin oxuyun: Saakaşvili həbsindən iki gün əvvəl Gürcüstana gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...