“General Atomics” şirkəti ABŞ Dəniz Piyadaları Qüvvələrinə iki ədəd MQ-9A “Reaper” PUA-ları təhvil verib.
EDNews.net xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
PUA-ların 2018-ci ildə sifariş edildiyi bildirilir. ABŞ Hind-Sakit Okean Komandanlığında ilkin əməliyyat qabiliyyətini dəstəkləmək üçün dəniz piyadalarının 2022-ci ildə əlavə 16 yeni MQ-9A alacağı qeyd olunur.
Orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik PUA sinfinə (MALE) məxsus “Reaper” kəşfiyyat, müşahidə nəzarət, hədəf aşkarlama, zərbə missiyaları üçün nəzərdə tutulub.
ABŞ və Britaniya ordusu üçün nəzərdə tutulan PUA-lar 7500 metr yüksəklikdə silahlar daşımadan 24 saat havada qala bilir.