Pakistan İŞİD-lə mübarizədə Talibana yardım edir - ednews.net

3 Dekabr, Cümə

Pakistan İŞİD-lə mübarizədə Talibana yardım edir

Dünya A- A A+

Pakistan Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibana İŞİD-lə mübarizədə kömək göstərir.

EDNews.net xəbər verir ki, bu barədə “Vaşinqton Post” Taliban nümayəndələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan terrorçularla mübarizədə kəşfiyyat məlumatlarını ötürmək və texniki dəstək vermək üçün qeyri-rəsmi kanallardan istifadə edir.

“Pakistan bizim qardaşımızdır və onlar İŞİD haqqında kəşfiyyat məlumatları paylaşmaqla bizi bir çox cəhətdən dəstəkləyirlər. Əgər ABŞ və dünyanın digər dövlətləri məlumatları bizimlə bölüşsəydilər, İŞİD-i məğlub edə bilərdik”, - Taliban rəsmisi qəzetə açıqlamasında deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...