"Saakaşvilinin hazırda üzləşdiyi ən böyük risk ürək çatışmazlığı riskidir".
EDNews.net xəbər verir ki, bu barədə "Mtavari Arxi" kanalının rəhbəri Nika Qavaramiya açıqlama verib.
Qvaramiya həmçinin, Saakaşvilinin Qldani həbsxanasının nəzdində fəaliyyət göstərən xəstəxanaya köçürülməsi məsələsinə də toxunub:
“Hazırda Saakaşvilinin üzləşdiyi ən yüksək risk ürək çatışmazlığı riskidir, ona görə də həbsxana xəstəxanasında kardioloji xidmətin ikinci səviyyəsi, yəni müdaxilə kardiologiyası olmalıdır.
Həbsxana xəstəxanasında müxtəlif profilli həkimlər olsa da, bu, müxtəlif növ xidmətlər göstərməyə imkan vermir. Saakaşvilinin problemləri tibbi ehtiyacların çox geniş spektrini əhatə edir", - deyə Nika Qvaramiya bildirib.