“Hər an ayağa qalxmağa zərurət var”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan yazıb.
Manukyan sual ünvanlayıb ki, kim çağırışa cavab verməyə hazırdır?
“Kim küçəyə çıxacaq? Kim sona qədər küçəyə çıxacaq? İstənilən torpaq verilməsinə, güzəştə mane olmaq üçün”, - deyə Manukyan qeyd edib.