İsrail İrana ağır zərbələr üçün təlimlərə başlayır - ednews.net

3 Dekabr, Cümə

İsrail İrana ağır zərbələr üçün təlimlərə başlayır

Dünya A- A A+

İsrail Hərbi Hava Qüvvələri (İAF) növbəti ilin əvvəlində İranın nüvə təsisatlarının vurulması ilə bağlı təlimlərə başlayacaq.

EDNews.net xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, Təl-Əviv son aylarda bununla bağlı hazırlıqları sürətləndirib.

“Vaşinqton-Tehran arasında 2015-ci ildə imzalanan razılaşmadan sonra İsrail İranın nüvə obyektlərinə hücum məsələsini ikinci plana atdı. ABŞ-ın 2018-ci ildə razılaşmadan çıxmasından sonra hərbi plan yenidən İsrail üçün gündəmə gəldi. Yeraltı nüvə obyektlərini vurmaq xüsusi silah-sursat və taktiki gedişlər tələb edir. İsrail HHQ mümkün hücumda İranın havadan müdafiə sistemləri ilə də mübarizə aparmalı olacaq”, - deyə məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə İranın nüvə təsisatlarına hücum qabiliyyətinin artırılması üçün İsrail hökumətinin 5 milyard şekel (1,53 milyard dollar) ayırdığı iddia edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...