Sarayda inanılmaz sui-qəsd planı - Kralı Rusiyadan alınmış zəhərli üzüklə... - ednews.net

3 Dekabr, Cümə

Sarayda inanılmaz sui-qəsd planı - Kralı Rusiyadan alınmış zəhərli üzüklə...

Dünya A- A A+
Səudiyyə Ərəbistanında keçmiş yüksək rütbəli kəşfiyyat rəsmisi Səəd əl-Cəbri vəliəhd şahzadə Məhəmməd bin Salmanın 2015-ci ildə vəfat ölkənin keçmiş kralı, əmisi Abdullah bin Əbdüləziz əl-Səudu öldürməyi təklif etdiyini iddia edib.
 
EDNews.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə o, ABŞ-ın CBS telekanalına müsahibəsində danışıb.
 
Cəbrinin iddiasına görə, vəliəhd 2014-cü ildə əmisi oğlu, o zaman daxili işlər naziri olan şahzadə Məhəmməd bin Nayefə Kral Abdullanın ölümünü təşkil edə biləcəyini deyib.
 
“O, Kral Abdullahı öldürmək istədiyini söylədi. Rusiyadan zəhərli üzük almaq istəyirdi, dedi ki, “onunun əlini sıxacağam, işi bitəcək”, - Cəbri deyib.
 
Keçmiş kəşfiyyatçı əlavə edib: “Bəlkə o, sadəcə lovğalanırdı, amma biz bunu ciddi qəbul edirdik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...